Azərbaycanda gecə klubunda pornoqrafiya qalmaqalı: saxlanılanlar var

16 İyun, 2017 10:40 | Hadisə | Baxış sayı: 946
Gecə klubu
Gecə klubu

Polis 2 nəfəri saxladı

Cəlilabadda pornoqrafik videoları satan şəxslər saxlanılıb. İstiPress-in cənub bürosunun məlumatına görə, polisə daxil olmuş məlumat əsasında keçirlən əməliyyat zamanı rayonun Təbriz küçəsində yerləşən internet klubun işçiləri Cavid Nəzərov və Hamil Xəlilov şübhəli şəxs qismində saxlanılıblar. Məlum olub ki, onlar çalışdıqları yerdə internetdən əldə etdikləri pornoqrafik videoları yaddaş kartına köçürüb müxtəlif yaş həddindən olan azyaşlı və gənclərə satırmışlar. Tərəflər bu yollla əldə etdikləri pulları öz aralarında bölüşürmüş. Saxlanılan hər iki şəxs törətdikləri əməli etiraf edib.

Qeyd edək ki, pornoqrafik video və materialların qanunsuz yayımı yeniyetmə və azyaşlıların tərbiyəsinə əks təsir göstərir.

Faktla bağlı Cəlilabad polisində araşıdrma aparılır.