Keçmiş icra başçısının evində intihar baş verdi

16 May, 2020 11:48 | Hadisə | Baxış sayı: 289
Ov tüfəngi
Ov tüfəngi

Gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib.

İsatiPress-in məlumatına görə, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.

Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.