Dibçəkdə narkotik yetişdirən gənclər tutuldu - FOTO

16 May, 2019 14:49 | Hadisə | Baxış sayı: 55
Dibçəkdə narkotika
Dibçəkdə narkotika

26 yaşlı gəncin yaşadığı evə baxış keçirilib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 26 yaşlı Manaf Həbişov saxlanılıb. 

İstiPress-in məlumatına görə, onun kənddə yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Hənifə kənd sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı Rövşən Bahalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən 7 ədəd kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.