Qadınları Türtkiyədə satan bakılı qadına hökm oxundu

16 May, 2018 14:43 | Hadisə | Baxış sayı: 171
Fahişəliklə məşğul olan qadın
Fahişəliklə məşğul olan qadın

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesiyekunlaşıb.

İstiPress-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla A.Məmmədovanın barəsində 1 il 6 ay müddətinə şərti cəza təyin edilib.

Qeyd edək ki, A.Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə yollanan Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (müəyyən səbəblərdən zərərçəkmiş şəxslərin ad və soyadları dəyişdirilib) Iğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürərək fahişəliyə cəlb edib.

Törətdiyi cinayət əməlinə görə A.Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.