Polis polkovnikinə 7 il həbs istəndi

16 May, 2018 12:34 | Hadisə | Baxış sayı: 90

O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanova cəza istənilib.

İstiPress-inməlumatına görə, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək F. Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 185 min manat mənimsəməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

DİN-dən verilən açıqlamaya görə, F.Məmmədxanov həbsindən 6 ay əvvəl barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.