Təyyarədə internetə girdi, həyatı qaraldı

16 Aprel, 2019 13:25 | Hadisə | Baxış sayı: 135
Təyyarə
Təyyarə

100 dollarlıq bilet aldı 50 qatı ziyana düşdü

Artıq bəzi təyyarələrdə internetə daxil olmaq elə də çətin deyil. Xüsusi ilə uzun uçuşlar zamanı hava yolu şirkətləri sərnişinlərə vaxtlarını daha maraqlı keçirmələri üçün bu imkanı yaradır. Ancaq təyyarə havaya qalxan və enən zaman internetin dayandırılması şərti ilə. 

Brüsseldən Dubaya gedən sərnişinlərdən biri də uzun yolunu daha asan etmək niyyəti ilə internetə girib. Uçuş müddətində təyyarədki internetdən istifadə edən sərnişin bir neçə gün sonra ona gələn hesabdan şoka düşüb - 5463 avro. Bəs bu necə ola bilər? 

Telefon operatorunun məlumatına görə, uçuşda internet xidməti olmayıb. Bunun üçün də sərnişin yüksək qiymətli peykdən internet xidmətinə qoşulub. Normal halda internet istifadəsi 60 avroya yaxınlaşdıqda bu barədə telefon sahibinə xəbərdarlıq göndərilir. Amma sərnişin bu xidməti deaktiv etdiyi üçün xəbərdarlıq mesajını da almayıb.