"Notr-Dam de Pari" yandı FOTOLAR

16 Aprel, 2019 08:10 | Hadisə | Baxış sayı: 129
Notr-Dam
Notr-Dam

Milyonlarla turistin ziyarət etdiyi kilsəki güclü yanğın abidəyə ciddi ziyan vurub

Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) yanğın söndürülüb. Bu barədə məlumatı "Le Figaro" yanağınsöndürənlərə istinadla yayıb. "Alovların qarşısı alınıb, biz soyutma işləri aprırıq". 

Ehtimala görə, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.

Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.

Xatırladaq ki, yanğın ötən gün axşam saatlarında kilsənin damından başlayıb. Hər il milyonlarla turistin ziyarət etdiyi Fransanın ən məşhur məkanlarından biri olan kilsənin yanma səbəbi bəlli deyil.

Parisin simvollarından olan kilsənin 96 metrlik ən böyük qülləsi yanğından sonra tamamilə yararsız hala düşüb. 

​Hazırda yanğınla bağlı istintaq başlanılıb. Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.