Gənc qız özünü öldürmək istədi

16 Aprel, 2019 18:34 | Hadisə | Baxış sayı: 176
İntihara cəhd
İntihara cəhd

Qol damarlarını kəsərək həyatına son qoymaq istəyib

Qubada 29 yaşlı qız özünü öldürməyə cəhd edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə rayonun Vladimirovka kəndində qeydə alınıb.

Yerli sakinlərin verdiyi məlumata görə, Elmira Novruzova qolunun damarlarını kəsərək həyatına son qoymaq istəyib.Vaxtında yaxınları tərəfindən Quba rayon mərkəzi xəstəxanasına çatdırılan gənc qız əməliyyat olunub və həyatı xilas olunub. Elmira Novruzovanın valideynlərinin ayrıldığı bildirir.

Rayonun hüquq-mühafizə orqanları faktın araşdırılmasına başlayıb.