Azərbaycanda ana 10 aylıq körpəsini boğub öldürdü TƏFƏRRÜAT

16 Aprel, 2019 13:35 | Hadisə | Baxış sayı: 237
Körpə
Körpə

İkinci dəfə ailə quran gənc ana boşanmaq ərəfəsində olub

Ağdam rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. 10 ayləq qızını boğaraq öldürən 1992-ci il təvəllüdlü Günel Şahsevər qızı İsmayılova  hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.

Bildirilib ki, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə tez-tez münaqişələr baş verib. Nəticədə boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Saat 11:37

Ağdamda ana qızını qətlə yetirib. İstiPress-in ona-ya istinadla verdiyi məlumata görə, handisə rayonun Qərvənd kəndində baş verib. Adıçəkilən kənddə məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.