Azərbaycanda 20 yaşlı tələbə intihar etdi

16 Aprel, 2019 16:52 | Hadisə | Baxış sayı: 148
İntihar
İntihar

Sonuncu dəfə universitetə aprelin 15-də gedib

Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi intihar edib.

İstiPress-in məlumatına görə, aprelin 15-də SDU-nun Fizika fakültəsinin ikinci kurs tələbəsi 1999-cu il təvəllüdlü Elməddin Vüqar oğlu Bəşirov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

SDU-dan isə bildirilib ki, E.Bəşirov sonuncu dəfə universitetə aprelin 15-də gəlib.