Aysun məktub yazıb, özünü 42-ci mərtəbədən atdı FOTO

16 Aprel, 2019 14:14 | Hadisə | Baxış sayı: 317
İntihar edən Aysun
İntihar edən Aysun

Konyada azərbaycanlı tələbənin ölümünə səbəb olan plazada ikinci intihar

Türkiyədə bir neçə ay öncə azərbaycanlı tələbənin intihar etdiyi plazada növbəti ölüm faktı qeydə alınıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 21 yaşlı Aysun Y. adlı gənc qız özünü Konyada mərkəzin 42-ci mərtəbəsindən aşağı atıb. 

Hadisə ötən gün saat 12 radələrində baş verib. Gənc qız plazanın 42-ci mərtəbəsindəki restorana müştəri kimi gəlib. Lakin bir müddət sonra o terasa çıxaraq özünü aşağı atmaq istəyib. Ona mane olmağa çalışan restoran işçilərini də əlindəki bıçaqla geri çəkilməyə vadar edib. Əvvəlcə əlindəki bıçaqla özünə zərər vuran Aysun daha sonra özünü 42-ci mərtəbədən aşağı atıb. Betona çaxılan gənc qız oradaca can verib. Hadisə yenrinə çağırılan polis onun cibində vida məktubu da tapıb. 

O, məktubunda ölümündən heç kim məsul olmadığını qeyd edib. "Mən dayana bilmədim, bacarmadım. Bəzi yüklərlə yaşamaq çətindir. Ana, ata, qardaşım - arxamca kədərlənib, ağlamayın. Sizi çox sevirəm. Gözünüzdən bir yaş belə süzülməsin. Ana, bu qızına haqqını halal edərsən? Hər şey üçün üzr istəyirəm". Aysun boynundakı boyunbağının çıxarılmamasını, onunla dəfn edilməsini vəsiyyət edib. 

Aysun Y. tibbi ekspertizadan sonra öz məmləkətində dəfn ediləcək.

Xatırladaq ki, eyni binada bir neçə ay öncə də intihar hadisəsi baş verib. Azərbaycanlı tələbə 23 yaşlı Tehran Alimoğlu özünü 42-cvi mərtəbədən atıb. O, girişdəki alış-veriş mərkəzinin üzərinə düşmüşdü. Tehran Alimoğlu 37 gün xəstəxanada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.