Xaçmazda nişanlı polis qəzada öldü

16 Aprel, 2018 10:08 | Hadisə | Baxış sayı: 189
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

Xaçmaz rayonu ərazisində polis sürücünün ölməsilə nətucələnən yol qəzası baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, 28 yaşlı Adəm Yavər oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Xaçmaz şəhərindən Hacıqurbanoba kəndinə gedərkən İzmailovka ərazisində avtomobil yoldan çıxıb. Maşın qəfildən yolun sağındakı qaz borusuna çırpılıb.

Aldığı xəsarətdən Adəm Məmmədov hadisə yerindəcə ölüb. DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis idarəsinin Xaçmaz şöbəsinin əməkdaşı olan Adəm Məmmədov ailənin yeganə oğlu olub və nişanlı imiş.

Hadisənin başvermə səbəbləri araşdırılır.