VAZ 2106 qaçqın yeniyetmənu vurub öldürdü

16 Aprel, 2018 19:17 | Hadisə | Baxış sayı: 83
VAZ 2106 - ARXİV
VAZ 2106 - ARXİV

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

İstiPress-in məlumatına görə, “VAZ 2106” markalı avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.