Altmış yaşlı arvadını 23 yaşlı oğlana qısqandı, bıçaqladı - Bakıda

16 Aprel, 2018 13:57 | Hadisə | Baxış sayı: 182
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Bakı Ağır Cinayətlər Məhkəməsində 61 yaşlı Faiq Davudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İstiPress-in məlumatına görə, F.Davudov 65 yaşlı arvadı Fəridə Davudovanın 23 yaşlı Kamran Məmmədovla sevgili olmasından şübhələnib. O, Bülbülə qəsəbəsində yerləşən Cümə məscidinin həyətində K.Məmmədovu kürəyindən bıçaqla vurub. Məhkəmə ekspertizasının rəyinə görə, F.Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.

Təqsirləndirilən Faiq Davudov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, cinayəti etiraf edərək, həmin gənci namus üstündə vurduğunu deyib.

Zərərçəkmiş Kamran Məmmədov ifadəsində internatda böyüdüyünü, hadisə baş verən məsciddə xidmətçi işlədiyini bildirib: “Anam rəhmətə gedib, atam isə həbs olunub. Faiqi oğlu Salehə görə bağışlayıram. Saleh mənə çörək verib".

F.Davudovun oğlu, məscidin axundu Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kamera görüntülərinə baxıb: "Atam ruhi xəstədir, evdə müalicə olunurdu, yaşlı olduğu üçün xəstəxanaya aparmadıq".

Hakim bildirib ki, F.Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. O vaxt ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.

Məhkəmənin qərarına əsasən F. Davudov məcburi müalicəyə göndərilib.