Zərdabda da zəlzələ oldu

16 Mart, 2019 10:22 | Hadisə | Baxış sayı: 53
Zəlzələ zonası - Zərdab
Zəlzələ zonası - Zərdab

Təkanlar bu gün səhər saatlarında qeydə alınıb

Azərbaycanda daha bir zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu dəfə yeraltı təkanlar Zərdabda qeydə alınıb. 

Məlumata görə, zəlzələ martın 16-da saat 08:34-də Zərdab stansiyasından 8 kilometr cənubda olub. 

Maqnitudası 3.3, dərinliyi 30 kilometr olan zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, iki gün öncə Ağsu və Şamaxıda da zəlzələlər qeydə alınmışdı. Adıçəkilən rayonlarda fevralda da güclü təkanlar  baş vermişdi. Gücü 5 baldan artıq olan təkanlar ciddi dağıntılara səbəb olub. Hətta prezident İlham Əliyev də zələzlə bölgəsində olub, evləri dağılan əhali ilə görüşmüşdü.