Yenə cümə namazını hədəf aldılar

16 Mart, 2019 11:48 | Hadisə | Baxış sayı: 69
Dava
Dava

Londonda məscid önünə toplaşanlara hücum edildi

Yeni Zellandiyada namaz zamanı baş verən terror aktının üzərindən uzun zaman keçməmiş İngiltərədə də müsəlmanlar hədəfə çevriliblər. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, Londonda bir qrup gənc məscidin önünüə toplaşan müsəlmanlara çəkic və dəyənəklərlə hücum edib.  20 yaşlarında olan gənclər İslama qarşı şüarlar da səsləndiriblər. 

Daha sonra onlar maşınlarla hadisə yerindən qaçıblar. Bu zaman müsəlman gənclərdən biri maşının üzərinə çıxaraq onların qaçmasına mane olmağa çalışıb. Ancaq o buna nail ola bilməyib. 

Polis faktı təsdiqləyib. Məlumata görə, hadisə Cannon küçəsindəki Ashaadibi Məscidinin önündə yaşanıb. 

İnsident nəticəsində 27 yaşlı bir gənc başından yaralanıb və xəstəxanaya yerləşdirilib.