Ostankino terror qurbanı müsəlmanlar üçün matəm etdi

16 Mart, 2019 10:22 | Hadisə | Baxış sayı: 65
Qüllə
Qüllə

Teleqüllənin işıqları söndürülüb

Dünyanın dördüncü, Rusiyanın isə birinci ən yüksək quruluşu olan Ostankino teleqülləsi Yeni Zellandiyada terror qurbanı olan müsəlmanların xatirəsini anıb.

İstiPress-in məlumatına görə, ötən gecə 1967-ci ildə Moskvada tikilən qüllə matəm əlaməti olaraq işıqlarını söndürüb. 

Xatırladaq ki, Yeni Zellandiyada cümə namazından sonra iki məscidə silahlı hücum olub. Nəticədə 50 nəfər qətlə yetirilib. Bu qədər adam da yaralanıb. 

Terror aktını törətməkdə şübhəli bilinın 4 nəfər artıq yaxalanıb.