Məsciddəki terror qurbanlarının sayı artdı

16 Mart, 2019 09:00 | Hadisə | Baxış sayı: 59
Məsciddə terror
Məsciddə terror

Yaralılardan daha biri xəstəxanada keçinib

Yeni Zellandiyanın Kraystçerç şəhərindəki məscidlərə edilən silahlı hücum nəticəsində ölənlərin sayı artıb. Son məlumata görə, terror aktı zamanı yaralanan və xəstəxanaya yerləşdirilənlərdən daha birinin həyatını xilas etmək mümkün olmayıb. 

Bununla da ölü sayı 50-yə çatıb. Təqribən bu qədər adam da xəstəxanalarda müalicəsinə davam edir. 

Şəhər dairə məhkəməsi artıq tutulanlardan biri 28 yaşlı Brenton Tarrant haqqında ilkin qərarını verib. Belə ki, 0 növbəti məhkəmə iclasına kimi həbsdə qalacaq. Növbəti proses isə aprelin 5-nə təyin edilib.

Xatırladaq ki,  ölkənin baş naziri Casinda Ardern cümə günü baş verən hadisəni terror aktı adlandırıb. Faktla bağlı 4 nəfər saxlanılıb. Brenton Tarrant qatı sağlı, rasist mövqeyi ilə seçilir. Terro aktından öncə o sosial şəbəkədə müsəlmanları hədəfə alna sənəd də yerləşdirib. 

Bu, ölkə tarixində 1943-cü ildən bu yana baş verən ən ağır terror aktıdır.