Bakıda yanğın, ölənlər var

16 Mart, 2019 10:09 | Hadisə | Baxış sayı: 68
FHN yanğınsöndürənləri
FHN yanğınsöndürənləri

Meyitləri yanğınsöndürənlər tapıblar

Bakıda ölümlə nəticələnın yanğın baş verib. FHN-dən verilən məlumata görə, hadisə Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. 

Ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi və içərisində məişət tullantıları yanıb. 

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.