Məktəbli qız evin həyətində yıxıldı - xəstəxanada öldü

15 Dekabr, 2019 13:00 | Hadisə | Baxış sayı: 174
Xəstəxana
Xəstəxana

Həkimlər ona ağır kəllə-beyin travması diaqnozu qoyublar

Göyçayda  9-cu sinif şagirdi yıxılaraq ölüb.

İstiPress-in məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Qasımova Məsumə yaşadığı evin həyətində bilinməyən səbəbdən yıxılıb.

Ağır xəsarətlər alan M.Qasımova ailə üzvləri tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona ağır kəllə-beyin travması diaqnozu qoyublar. Həkimlərin səyinə baxmayaraq, M.Qasımovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mənsumə Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi idi.

Faktla bağlı araşdırma aparılır.