Maşın 55 yaşlı kişini vurub öldürdü

15 Dekabr, 2019 10:54 | Hadisə | Baxış sayı: 70
Avtomobil qəzası
Avtomobil qəzası

Aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb

 Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı - Morul kənd sakini, 1964-cü il təvəllüdlü Telman Şıxməmmədovu vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.