Almaniya 61 azərbaycanlını geri qaytardı

15 Noyabr, 2019 12:25 | Hadisə | Baxış sayı: 63
Almaniyadan deportasiya
Almaniyadan deportasiya

Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır

Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı açıqlamada bildirilib.

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb”.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycandakı müxalifət partiyalarının fəallarını saxlayıblar. Cinayət qrupunun 7 üzvü tutulub. Yerli federal məhkəmələr cinayətkar dəstənin üzvləri barədə altı ay müddətinə həbs qətimkan tədbiri seçiblər.