Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var

15 Noyabr, 2017 09:00 | Hadisə | Baxış sayı: 330
Təyyarə
Təyyarə

Qəzadan ancaq bir uşaq xilas ola bilib

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, "Let L-410" tipli təyyarə Xabarovsk vilayətində, Nelkan yaşayış məntəqəsinin ərazisində  radarlardan itib. Təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla 7 nəfər olub. 

Radarlardan itən təyyarənin qəzaya uğradığı bəlli olub. Onun göyərtəsində olan 6 nəfər ölüb, ancaq 1 uşaq sağ qalıb. Uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Xilasedicilərin məlumatına görə, Nelkan qəsəbəsinə uçan təyyarə eniş zolağına çatmamış sərt eniş edib. 

"L-410" Çexiya istehsalı olan 19 nəfərlik təyyarədir. Dünyada yerli avia şirkətlərin ən çox istifadə etdikləri modellərdən biri hesab edilir. Onun istismarı 1971-ci ildən başlayıb. Bir il ərzində "Aircraft Industries" zavodunda (Çexiya) bu təyyarənin müxtəlif modifikasiyada olan 1,1 min nüsxəsi hazırlanıb. Onlardan 862-i SSRİ-yə çatdırılıb.