Dalaşan şagirdləri ayırmaq istəyən məktəb işçisi öldü

15 Noyabr, 2017 11:35 | Hadisə | Baxış sayı: 1472
Dava
Dava

45 yaşlı qadına təpik dəyib

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.