Dost dostu ovda vurdu

15 Oktyabr, 2018 17:38 | Hadisə | Baxış sayı: 111
Ov tüfəngi
Ov tüfəngi

Onlar həm də sinif yoldaşı olublar

 Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

İstiPress-in məlumatına görə, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb.

Bərdə rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.