Avtomobil aşdı - sərnişin öldü

15 Oktyabr, 2018 15:25 | Hadisə | Baxış sayı: 61

Qonşu kəndlinin maşında dünyasını dəyişdi

Lerik rayonunda yol qəzası baş verib. 

İstiPress Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 14-də saat 14 radələrində rayonun Vıjaker kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Nazim Şərifov idarə etdiyi “QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb.

Lerik rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.