Qusardakı anasıgilə getmək adı ilə evdən çıxıb itən ana-bala tapıldı

15 Sentyabr, 2019 11:42 | Hadisə | Baxış sayı: 409
İtkin düşən qadın və qızı
İtkin düşən qadın və qızı

Qadın özünə kirayə ev və iş tapıb

Azyaşlı qızı ilə Qusardakı anaasıgilə qonaq getmək adı ilə evdən çıxan və itkin düşən Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova tapılıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, avqustun 25-də Qusarın Aşağı Ləyər kəndinə-ata evinə qonaq getmək adı ilə evdən çıxan qadın elə Qusar ərazisində tapılıb.

Bu barədə məlumatı onun həyat yoldaşı Elxan Talıbov da təsdiqləyib. O, İstiPress-ə açıqlamasında bildirib ki, sentyabrın 14-də həyat yoldaşı ilə Qusar polis şöbəsində görüşüb və razılaşıblar.

R.Talıbovanın Qusarda kirayə ev tutduğu və aşpaz işlədiyi bəlli olub. Qadının nə üçün evdən qaçmasına gəldikdə isə Elxan Talıbov bəzi məqamların öz ailə sirləri olduğu deyib.

Xatırladaq ki, ailənin 2 oğlu və bir qızı var. Ana ikinci sinifdə oxuyan qızı ilə itkin düşmüşdü.