Novxanı yolunda ağır qəza, ölənlər var

15 Sentyabr, 2019 11:00 | Hadisə | Baxış sayı: 130
Avtomobil qəzası
Avtomobil qəzası

Bir neçə maşının toqquşduğu bildirilir

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. Qəza Novxanı yolunda qeydə alınıb. Bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. /report/