Keçmiş məhkum kənd sakinini döyərək öldürdü

15 Avqust, 2019 17:32 | Hadisə | Baxış sayı: 69
Polis
Polis

Polis və prokurorluq orqanları birgə təxirəsalınmaz əməliyyat keçirib

Avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

İstiPress-in məlumatına görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirmiş şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.