Azərbaycanda keçmiş məmur özünü asdı

15 Avqust, 2019 16:31 | Hadisə | Baxış sayı: 249
İntihar
İntihar

Oğlunun da özünü öldürdüyü məlum olub

Qubada keçmiş məmur özünə qəsd  edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Quba şəhərindəki beşinci məhəllədə baş verib.

60 yaşlı Canpolad Şıxmurad oğlu Abbasov özünü yaşadığı evin həyətindəki yarımtiklidən sintetik iplə aşaraq intihar edib.Hadisə avqustun 14-də gecə saat 23.30 radələrində baş verib. Bu barədə məlumat daxil olan kimi rayonun prokurorluq və polis əməkdaşları hadisə yerinə gəlib. Ilkin araşdırma zamanı onun sərxoş halda öz həyatına son qoyduğu məlum olub.

Araşdırma zamanı mərhumun oğlu Elvin Abbasovun da 2014-cü ildə həyat yoldaşından rəsmi olaraq boşandığına görə intihar etdiyi məlum olub. Əvvəllər rayon İH başçısının müavini, rayon maliyyə şöbəsinin müdiri vəzifələrində işləmiş Canpolad Abbasov indi fərdi sahibkarlıq fəaliyyətilə məşğul olurdu.

Quba rayon prokurorluğu CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırmaq maddəsi ilə açılan cinayət işinin istintaqını  davam etdirir.