Bakıda avtobus azyaşlını vurub öldürdü

15 Avqust, 2018 17:54 | Hadisə | Baxış sayı: 93
yol qəzası
yol qəzası

Uşaq xəstəxanada keçinib

Bakıda avtobus azyaşlını vurub öldürüb.

İstiPress-in məlumatına görə, avqustun 14-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Şüriyyə Həsənov idarə etdiyi “İsuzu” markalı, 62 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, azyaşlı Aygün Binnətovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.