Şəkidə bir ailə qəzaya düşdü

15 Avqust, 2017 08:01 | Hadisə | Baxış sayı: 69
Qaxda qəza
Qaxda qəza

Hər üç yaralıya ilkin tibbi yardım göstərilib

Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

İstiPress-in Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 14-ü axşam saat 18 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1952-ci il təvəllüdlü Yusif Qənbər oğlu Nərimanov idarə etdiyi “Lexus” markalı minik avtomobili ilə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarına aşıb. Qəzadan sonra sürücü Yusif Nərimanov, onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Kəmalə Nadir qızı Nərimanova və onların 2010-cu il təvəllüdlü övladı Nərmin Nərimanbəyli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxansına (MRX) aparılıblar.

Şəki MRX-dan İstiPress-ə bildirlib ki, yaralılardan Kəmalə Nərimanova müalicəsi xəstəxananın reanimasiya, Yusif Nərmanov isə cərrahiyə şöbəsində aparılır. Nərmin Nərimanbəylinin xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.