İsmayıllıda ağır qəza: 4 nəfər xəsarət aldı

15 Avqust, 2017 14:10 | Hadisə | Baxış sayı: 95
Qəza
Qəza

Aralarında 7 yaşlı uşaq da var

4 nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində baş verib.

İstiPress-in Şəki-Zaqatala müxbirinin məlumatına görə, “Volvo” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şəki sakinləri - 2008-ci il təvəllüdlü Ramazanlı Ülvi Anar oğlu, 1980-ci il təvəllüdlü Ramazanova Aynur Bəybala qızı, 2010-cu il təvəllüdlü İmamzadə Altun Şahin oğlu, Bakı sakini 1984-cü il təvəllüdlü Ələkbərova Məhsəti Əbdül qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.