Bakıda 20 yaşlı oğlan ürəyindən bıçaqlandı

15 İyun, 2019 10:25 | Hadisə | Baxış sayı: 73
Təcili yardım maşını
Təcili yardım maşını

Gənci xəstəxanaya çatdırmaq mümkün olmayıb

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 ünvanında 20 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar.

Təcili yardım həkimləri gələndə yaralının vəziyyəti çox ağır olub. xəstəxanaya aparanda yolda dünyasını dəyişib.

Faktla əlaqədər hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.