Türkiyə parlamentində terrorçular tutuldu

15 May, 2019 09:30 | Hadisə | Baxış sayı: 78
TBMM-nin işçisini girov götürmək istəyən şəxslər
TBMM-nin işçisini girov götürmək istəyən şəxslər

İki nəfər parlamentin işçisini girov götürmək istəyib

Türkiyə Böyük Millət Məclisində (TBMM) insident baş verib. İstiPress-in "Hüriyyət"ə istinadla verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Mahmut Tanalı ziyarətə gələn iki nəfər parlament işçisini girov götürmək istəyib. Biri qadın olan 2 nəfər parlamentin təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra zərərsizləşdiriliblər. 

Hadisə ötən gün günorta saatlarında baş verib. İki nəfər təhlükəsizlik xidmətinə yaxınlaşaraq Mahmut Tanalın yanına gəldiklərini deyiblər. Deputat DHKP-C-dən (İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi) olan 2 nəfərin - Mulla Zincir və Eylem Yücelin  qonağı olduğunu təsdiqləyib. Girişdəki yoxlama zamanı onlar işçini girov götürməyə çalışıblar. Lakin terrorçuların bu cəhdinin qarşısı alınıb. Onların üzərində bomba görüntüsü verilən qara qutu, uc hissəsinə kəsici alətlər bağlanan qələm tapılıb.

Saxlanılan şəxslər haqqında terror təşkilatına dəstək fəaliyyətlərinə görə cinayət işi açıldığı bəlli olub.