14-cü mərtəbədə köməksiz qalan uşağın səsini qonşular eşidib
Çində azyaşalı uşaq ölümdən qayıdıb. 14-cü mərtəbənin eyvanına çıxan uşaq son anda xilas olub. Yerli mətbuatın məlumatına görə, azyaşlı evdə tək qalıb. O, valideynlərini axtarmaq üçün 14-cü mərtəbədəki evlərinin eyvanına, oradan isə binanın fasadına çıxıb. Yerdən metrələrlə hündürlükdə qalan uşaq ağlamağa başlayıb. Onun səsini isə qonşular eşidiblər.
Qonşu bir neçə dəfə hündürlükdə qalan uşağı tutmağa cəhd edib. Lakin buna nail ola bilmyib. Sonda o uşağın başını qatmağa, onunla söhbət etməyə qərar verib.
Şahidlər isə dərhal polisə və onun valideynlərinə məlumat veriblər. Evə qayıdan valideynlər uşağı karnizdən götürə biliblər.