Bakıda məşhur videonun qəhrəmanını maşın vurub öldürdü VİDEO

15 May, 2019 11:16 | Hadisə | Baxış sayı: 263
Vurulan piyada
Vurulan piyada

Təcili yardım maşınları başına dolanan tibb bacısı qəzaya düşüb

Bakıda bir neçə ay öncə yayılan videonun "qəhrəmanı" olan qızı maşın vurub. Hadisə ötən gün 28 May metrostansiyasının yaxınlığında baş verib. "Mercedes" markalı maşın Firəngiz Eldar qızı Nəzərovanı vurub. Nəticədə 1992-ci il təvəllüdlü piyada aldığı xəsarətlərdən keçinib. 

Xatırladaq ki, gənc qız sosial şəbəkədə geniş yayılan videolardan birinin qəhrəmanı olub. Videoda təcili yardım maşınları musiqi sədaları altında bir xanımın ətrafında dövrə vurduqları əks edilmişdi. Videonun Suraxanı rayonundakı 22 saylı təcili tibbi yardım stansiyasının həyətində çəkildiyi bəlli olub. Səhiyyə Nazirliyinin araşdırmasından sonra sürücü və tibb bacısı işdəın çıxarılmışdı. 

İşdən çıxarılan Nəzərova qısa müddət öncə özəl xəstəxanalardan birində işə qəbul edilmişdi.