Bakıda avtobus kranla toqquşdu

15 May, 2019 17:52 | Hadisə | Baxış sayı: 72
Qəzaya uğrayan avtobus
Qəzaya uğrayan avtobus

Qəza nəticəsində avtobusun sərnişinləri yaralanıb

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub. 

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.