Sumqayıtda maşın alışdı, polis öldü

15 May, 2018 08:28 | Hadisə | Baxış sayı: 127
Yanmış "Hyundai"
Yanmış "Hyundai"

"Hyundai" gecə qaranlıq döngədə başqa maşınla toqquşub

Sumqayıtda polisin ölümü ilə nəticələnın ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı-Quba-Rusiya avtomobil yolunda iki maşın toqquşub.

Paytaxt istiqamətində gələn, Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Bəkirzadə Xəyyam Yusif oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil sərt və qaranlıq döngələrin birində əks istiqamətdə hərəkət edən "Ford"la toqquşub. "Hyundai" markalı avtomobil alışaraq yanmağa başlayıb. Sürücü X.Bəkirzadə ətrafdakıların köməkliyi ilə yanan avtomobildən çıxarılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.

Məlumata görə, dünyasını dəyişən X.Bəkirzadə Xızı Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub. 

"Ford"un sürücüsü və bir qadın sərnişin isə xəsarətlə Sumqayıt xəstəxanasına çatdırılıb.