Sabirabad xəstəxanasında bir gecə 2 körpə öldü

15 May, 2018 09:25 | Hadisə | Baxış sayı: 153
Körpə
Körpə

Gecə doğulan körpələr səhər keçiniblər

Sabirabadda körpə ölümü qeydə alınıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb.

Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.

Elə həmi saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.

Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. /APA/