Rusiyanın Leninqrad vilayətinin Volxov şəhərində yerləşən Şampan şərabları zavodunda baş vermiş bədbəxt hadisə nəticəsində 24 yaşlı Azərbaycan vətəndaşı həlak olub.
İstiPress "syasnews.ru"ya istinadən bildirir ki, insident mayın 14-də saat 08 radələrində baş verib. Yükqaldıran maşını idarə edən azərbaycanlı iş vaxtı kranı arxaya verməklə yoxuşla endirməyə çalışıb.
Yükqaldıran maşın ağırlıq qüvvəsinin təsiri altında aşıb. Sürücü təhlükədən qorunmaq üçün özünü sükan arxasından atsa da, başı ağır texnikanın altında qalıb.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələnə qədər işçi keçinib.
Sərnişin avtobusu idarəetməni itirib
Müttəhimin anasının psixi problemlərinin olduğu bildirilir
Fəhləliklə məşğul olan ər hər gün içib arvadını döyürmüş
İcra başçısı xəstəxanadakı yaralılara baş çəkib
Oğlunu dünyaya gətirən 19 yaşlı ana öldü