Kəndə getdi, ev yardı, tutuldu

15 May, 2018 18:48 | Hadisə | Baxış sayı: 131
Qızıl əşyalar
Qızıl əşyalar

Abşeron rayon sakini Xızıda ev yardığına görə tutulub. 

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, mayın 11-də Xızı rayonunun Qarabulaq kənd sakini H.İsmayılova rayon polis şöbəsinə müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət
əşyalarının oğurladığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Həmin qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb.