Dabanına narkotik dolduran azərbaycanlı xaricdə tutuldu

15 May, 2018 15:01 | Hadisə | Baxış sayı: 102

Gürcüstan polisi ayaqqabısının dabanlarında heroin gizlədən 42 yaşlı azərbaycanlı saxlanılıb.

İstiPress-in məlumatına görə, o, azərbaycanlıların kompakt yaşadığı Polinçala (Soğanlıq) qəsəbəsində yaxalanaraq, məsulliyyətə cəlb olunub. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Məlumata əsasən, dörd bağlamaya bükülən heroinin ümumi çəkisi 324 qramdan çox olub.

Faktla bağlı Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi, daşınması, saxlanılması maddələri ilə bağlı cinayət işi başlanılıb.

Sadalanan maddələrlə 8 ildən 10 ilədək və yaxud ömürlük cəza gözlənilir.