Bakı-Quba yolunda faciə

15 May, 2018 10:30 | Hadisə | Baxış sayı: 237
Yol qəzası
Yol qəzası

"Tofaş" yolda dayanan "Kamaz"a çırpıldı

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Şabran sakini, 25 yaşlı Hüseynağa Əhmədovun idarə etdiyi "Tofaş" markalı avtomobil Bakı istiqamətinə gedərkən yolun 113-cü km-də Sumqayıt  şəhər sakini Mikayıl Abdullayevin idarə etdiyi  "Kamaz"la toqquşub.

Nəticədə "Tofaş"ın sərnişini, 26 yaşlı Şabran sakini Seymur Qəniyev hadisə yerindəcə ölüb. Onun avtomobildə sıxılıb qalmış meyitini hadisə yerinə çağrılan FHN-nin xilasediciləri çıxarıb.

Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyev İstiPress-ə bildirib ki, "Tofaş"avtomaşını yolun kənarında nasaz halda dayanan "Kamaz"markalı yük avtomobilinin arxa hissəsinə zərblə çırpılıb. Hadisənin səbəbləri araşdırılır, fakta görə cinayət işi açılıb.