Şəkidə 5 mərtəbəli binada partlayış, yaralanan var

15 Aprel, 2019 10:00 | Hadisə | Baxış sayı: 33
Yanğınsöndürən
Yanğınsöndürən

Partlayış dalğasının təsirindən eyvanın pəncərələri də dağılıb

Şəkidə yaşayış binasında partlayış baş verib. Fövqəlaqə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində mənzilin yanar konsturksiyaları və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı əriyib. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Partlayış zamanı xəsarət alan şəxs 1940-cı il təvəllüdlü Tofiq Valeh oğlu Hüseynovdur. O, hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsindədir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.