Avtomobillər toqquşdu - Bakı sakini öldü

15 Aprel, 2019 16:03 | Hadisə | Baxış sayı: 65
Təcili yardım maşını
Təcili yardım maşını

Digər sürücü xəstəxanaya yerləşdirildi

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

IstiPress-in Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 14-də saat 15 radələrində qəsəbə ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.