3 ayda Azərbaycanda 16 narkoqrup tapıldı

15 Aprel, 2019 10:33 | Hadisə | Baxış sayı: 16
Narkotik
Narkotik

Bir ildə 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən il Azərbaycanın gömrük orqanları 24 narkoqrup aşkar edib. Bunun nəticəsində 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gömrük orqanları ilin üç ayı ərzində isə 16 narkoqrup aşkar edilib və onlar barəsində istintaq hərəkətları aparılıb. Bu ilin ötən dövründə 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb. 

Xatırladaq ki, bu gün Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) keçirilir.

Narkotiklərlə mübarizə üzrə Beynəlxalq Konfrans hərəsində 3 dəfə olmaqla Braziliya, Argentina, Meksika və Dominikanda, hərəsində 2 dəfə olmaqla Panama, Çili, ABŞ, Kolumbiya, Boliviya və Peruda, hərəsində 1 dəfə olmaqla Qvatemala, Ekvador, Baham adaları, Kosta Rika, Kanada, İspaniya, Türkiyə, İndoneziya, Rusiya, İtaliya və Niderlandda keçirilib.