Namaza gələnlərin gülləbaran edilməsinin səbəbi FOTOLAR

15 Mart, 2019 09:58 | Hadisə | Baxış sayı: 99
Məscidə hücum nəticəsində yaralanan şəxs
Məscidə hücum nəticəsində yaralanan şəxs

Yeni Zellandiyadakı qətliamda ittiham edilən gənc silahlı hücumunun səbəbini sosial şəbəkədən açıqlayıb

Yeni Zelandiyada məscidlərə hücum edərək 27 nəfərin ölümü, onlarla insanın yaralanması faktına görə saxlanılanlardan birinin hadisəni törətmək motivi bəlli olub. Məlumata görə, Kraystçerç şəhərində ibadət evlərinə hücumda ittiham edilən 28 yaşlı avstraliyalı Brent Tarrant sosial şəbəkədə "Əzəmətli əvəzetmə" adlı manifestini dərc edib. Burada o özünün vəhşicəsinə hücumunun səbəblərini açıqlayıb. 

Sənəd rasizm ideyaları, Avropada İslamın yayılmasına qarşı çıxmağa həsr edilib. Bununla yanaşı Tarrant Almaniya kansleri Angela Merkel, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da qarşı sui-qəsd çağırışları edib. O, qeyd edib ki, heç bir təşkilatın üzvi deyil, özünün mülahizələrinə əsasən fəaliyyət göstərir.

Xatırladaq ki, iki məsciddə - Əl-Nur və Linvudda atışma nəticəsində 27 nəfər ölüb. Naməlum şəxslərin atəş açması 50-yə yaxın insanın yaralanmasına da yol açıb. 

Hadisə yerli vaxtla 14 radələrində (Bakı vaxtı ilə gecə 05 radələri) olub. Silahlı şəxslər günorta namazından sonra dərhal məscidə girərək çıxış qapılarını tutublar. Şahidlərin sözlərinə görə, hücum zamanı məscidlərdə 300-ə yaxın insan olub.