Məscidləri qana bulayan gəncin silahındakı detallar FOTO

15 Mart, 2019 14:11 | Hadisə | Baxış sayı: 290
Saxlanılan şəxsin silahı
Saxlanılan şəxsin silahı

"Bütün məscidləri, minarələri dağıdarıq. Konstantinopol xristian şəhəri olacaq"

Yeni Zellandiyada cümə namazından sonra baş verən qətliam bütün dünyanı sarsıltdı. Namaz üçün toplanan insanların atəşə tutulması nəticəsində 49 adam ölüb, onlarla insan isə yaralanıb.

Məlumata görə, bir ölkəni qana bulayan 4 nəfər yaxalanıblar. lakin onlardan hələlik birinin adı bəllidir - 28 yaşlı Brenton Tarrant. Qatı sağçı mövqeyə malik gənc hətta törətdiyi vəhşiliyi canlı yayımda da nümayiş etdirib. 

Hadisədən sonra bəlli olub ki, bu müsəlmanları hədəf alan bu hücumu uzun müddət öncədən planlaşdırıb. Hətta internetdə onlarla səhifəlik manifesti də yayıb. Burada əsas təhdid edilənlərdən biri də türklər olub. Türklər haqıqnda olan bölmədə belə deyilir: 

"Topraqlarınızda hüzur içində yaşaya bilsəniz sizə zərər gəlməyəcək. Boğazın Şərqində. Amma Boğazın qərbində yaşamağa çalışsanız, Avropaya gəlsəniz sizi öldürəcəyik. 

Konstantinopola (İstanbula) gəlib bütün məscidləri, minarələri dağıdarıq. Ayasofiya minarələrdən xilas olacaq və Konstantinapol layiq olduğu kimi bir xristian şəhəri olacaq". 

Daha bir maraqlı məqam isə onun silahı ilə bağlıdır. Belə ki, silahlı insident zamanı o bir necə dəfə dəyişiklik edib. Maşının baqajında olan silahların üzərində isə müxtəlif yazılar var idi. Burada müsəlmanlara müxtəlif vaxtlarda edilən hücumlar, onlara qarşı savaşlarda iştirak edənlərin adları yer alıb. Məsələn, "732 Tours"- Əmməvilərinin Parisin cənubunda Franklara məğlubiyyəti və bununla da onların Avropada irəliləmələrinin qarşısının alınması

"1683 Vienna" - 1683-cü il sentyabrın 12-də Osmanlı dövləti ilə Avstriya arasında baş vermiş müharibə. Padşah IV Mehmedin Vyana mühasirəsini yara bilməməsi və Osmanlının Avropadan geri çəkilmə prosesinin başlaması

"Turcofagos" - Türkləri yeyən

Bundan başqa mətbuatda yayaılan fotolarda qara silah üzərində ağ boya ilə rus admiral Dmitri SenyavinErns Ştaremberq, gürcü dilində David SoslanDavid Aqmaşenebeli və s adları olub.