İki məsciddə qanlı gün - 49 ölü YENİLƏNİB II, VİDEO, FOTO

15 Mart, 2019 12:20 | Hadisə | Baxış sayı: 363
Məscidə hücum zamanı yaralanan şəxs
Məscidə hücum zamanı yaralanan şəxs

Silahlı şəxs məscidlərə hücumu yanlı yayımlayıb

Yeni Zellandiyada məscidlərdə baş verən silahlı insident nəticəsində ölənlərin sayı artaraq 49 nəfərə çatıb. Bu barədə polis komissarı Mayk Buş bildirib. 

Hücumu törədən şəxsin bu silahlı insidenti sosial mediadan canlı yayımlayıb. 

Baş verən hadisədən sonra məktəblərdə tətil elan edilib, əhaliyə məscidlərdən uzaq durmaq barədə xəbərdarlıq edilib. 

Saat 11:04

Yeni Zellandiyada məscidlərə hücum zamanı ölənlərin sayı artıb. Bu barədə ölkənin baş naziri Casinda Ardern məlumat verib. Onun sözlərinə görə, ölənlərin sayı artıq 40 nəfərə çatıb. 20-dən artıq ağır yaralı var.

Nazir ölkədə milli təhlükəsizlik riskinin qiymətləndirilməsinin ən yüksək həddə çıxarıldığını deyib. 

Saat 08:33

Yeni Zelandiyada məscidlərə hücum olub. İstiPress-in xarici mətbuata istinadla verdiyi məlumata görə, hadisə Kraystçerç şəhərində ibadət evində qeydə alınıb. Burada yerləşən iki məsciddə - Əl-Nur və Linvudda atışma nəticəsində 27 nəfər ölüb.

Naməlum şəxslərin atəş açması 50-yə yaxın insanın yaralanmasına da yol açıb. Onlardan bəzilərinin vəziyyətləri ağırdır. 

Məlumata görə, insidenti törətməkdə şübhəli bilinən dörd nəfəri saxlayıb. Bunlardan biri qatı sağçı mövqeli 28 yaşlı avstraliyalı Brenton Tarrantdır. 

Polis vacib olmadıqca vətəndaşlardan evlərini tərk etməməyi xahiş edib. 

Xatırladaq ki, hadisə yerli vaxtla 14 radələrində (Bakı vaxtı ilə gecə 05 radələri) olub. Silahlı şəxslər günorta namazından sonra dərhal məscidə girərərk çıxış qapılarını tutublar. Şahidlərin sözlərinə görə, hücum zamanı məscidlərdə 300-ə yaxın insan olub. 

Saxlanılan şəxs
Saxlanılan şəxs